21/05/2018

Ölkənin aparıcı korporativ bankı - PAŞA Bank - "Global Finance" işgüzar nəşrinin təsis etdiyi «World's Best Banks» beynəlxalq mükafatına ardıcıl olaraq üçüncü dəfə layiq görülüb.

Bankların mükafatlandırılması ilə bağlı təntənəli mərasim 2018-ci ilin oktyabr ayında Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının İdarəediciləri Şuralarının keçiriləcək illik iclası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, "Global Finance" jurnalı 1987-ci ildən dərc olunur və dünyanın 180 ölkəsində yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, həmçinin Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.