Çap

Press-relizlər

PAŞA Bank Ümumdünya Limanlar Konfransının sponsoru qismində çıxış etdi

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Bakıda keçirilən Ümumdünya Limanlar Konfransına sponsorluq etmişdir. Tədbirə ümumilikdə 60-dan çox ölkədən 400-dən çox iştirakçı olmaqla beynəlxalq limanların rəhbərləri, dövlət strukturlarının, gəmiçilik və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və digər rəsmilər qatılmışdır.

Konfrans çərçivəsində ölkələr arasında ticarət axınlarının xidmət edilməsində beynəlxalq limanların rolunun gücləndirilməsi, azad iqtisadi zonaların yaradılması, yeni rəqəmsal texnologiyaları tətbiq etməklə limanların iş fəaliyyətinin effektivliyinin artırılması müzakirə olunan əsas mövzular sırasına olmuşdur. Müzakirə panellərinin gedişatında iştirakçılar dünyanın aparıcı liman ölkələrində tətbiq olunan təcrübələr, nəqliyyat qovşağı olan ölkələr arasında rəqabətliyin gücləndirilməsi, İpək Yolu və digər marşrutlarla yük daşımalarının həcminin artırılmasının əhəmiyyəti və perspektivləri kimi mövzuları müzakirə etmişdirlər.

“Perspektivli infrastrukturun maliyyə və hüquq təminatçıları” adlı müzakirə paneli çərçivəsində çıxış edən PAŞA Bankın İdarə heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyevin qeyd etdiyi kimi Azərbaycanın Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşməsi ölkənin Çinin “Kəmər və yol” kimi qlobal nəqliyyat layihələrində iştirakını nəzərdə tutur, çünki Bakı Limanı, Baki-Tbilisi-Qars dəmir yolu xətti kimi iri infrastruktur layihələri böyük gələcəyi olan marşrutlardır.

«Regional banklar qarşısında bu kimi iri infrastruktur layihələrində daha önəmli rol oynamaq imkanı açılır. Bu imkanı qiymətləndirərək PAŞA Bank növbəti iç il ərzində nəqliyyat və infrastruktur layihələrini ən prioritet təşəbbüslər olaraq müəyyən etmişdir. Strategiyamız bu kimi layihələr vasitəsilə Azərbaycanla əməkdaşlıq potensialında maraqlı olacaq digər beynəlxalq və yerli banklarla tərəfdaşlığa açıq olmaqdan ibarətdir», -deyə Nağıyev qeyd etmişdir.

Onu da qeyd etmək lazımdır ki, Ümumdünya Limanlar Konfransı regionda ilk dəfə olaraq Azərbaycanın paytaxtında keçirilir. 4 gün davam edən tədbir öz işini bu gün 11 may tarixində yekunlaşdırır.

https://www.pashabank.az/press_centre,1282/lang,az/