Çap

Press-relizlər

PAŞA Bank Quba şəhərində kənd təsərrüfatı üzrə dəyirmi masa tədbirinə ev sahibliyi etdi

19 aprel tarixində Quba şəhərində keçirilmiş dəyirmi masa tədbirinin məqsədi kənd təsərrüfatı sahəsi üzrə Bankın hazırladığı məhsul və xidmətlər haqqında məlumatlılıq səviyyəsini artırmaq, eləcə də mövcud və potensial müştərilərin ehtiyacları haqqında məlumatları toplamaqla məhsul və xidmətlərini təkmilləşdirmək idi.

PAŞA Bankın Kommersiya bankçılığı departamentinin direktoru Heydər Süleymanov qonaqları salamlayaraq PAŞA Bankın kənd təsərrüfatı üzrə fəaliyyəti haqqında məlumat verərək qeyd etdi ki, Bankın kənd təsərrüfatı üzrə kredit portfelinin həcmi 140 milyon manat təşkil etməklə əkinçilik, heyvandarlıq, istixana, pambıqçılıq, fındıqçılıq, quşçuluq, zeytun bağları və meyvə bağları kimi sahələri əhatə edir. Kommersiya bankçılığı departamentinin baş müştəri meneceri Vüqar Əliyev isə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların bəhrələnə biləcəyi məhsullar haqqında təqdimat etdi. Hədəf auditoriyanın bitki və heyvanların sığortası məhsullarına ehtiyacını nəzərə alaraq PAŞA Sığorta şirkətinin nümayəndəsi Fərid Zeynalov tədbirdə çıxış edərək müvafiq sığorta məhsulları haqqında təqdimat edib, auditoriyanın suallarını cavablandırdı.

Bu tədbir Bank tərəfindən Azərbaycan regionlarında keçirilən və kənd təsərrüfatı sahəsindəki fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədində xidmət edən silsilə xarakterli dəyirmi masa müzakirələri çərçivəsində keçirilmişdir. 

https://www.pashabank.az/press_centre,1279/lang,az/