Ticari prosesin iştirakçıları üçün nəzərdə tutulan Tacir Kart daha da təkmilləşdirilərək müştərilərin istifadəsinə verilmişdir.
Tacir Kart ticari prosesdə iştirak edən hər iki tərəf üçün faydalıdır: hazırda malların satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin sahibləri mal ünvanlı çatdırılma həyata keçirən iri distributorlardan alır. Sahibkarın aldığı malların ödənişləri nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. PAŞA Bank Tacir Kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir.
Tacir Kartın PAŞA POS terminalı ilə istifadəsinin Distribyutor üçün ən önəmli üstünlüklərindən biri 18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğin avtomatik çıxarılaraq Sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu POS-terminal ilə təchiz olunmuş ekspeditorlar özləri həyata keçirir.
Sahibkar üçün bu kart avtomatlaşdırılmış bir ödəmə imkanı yaradılır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır.
PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə, Bank, məhsul və xidmətləri işləyib hazırlayarkən, əsas meyar olaraq müştərilərinin biznes ehtiyaclarını rəhbər tutur.
“Əminik ki, Tacir Kartın istifadəsi PAŞA Bankın müştəriləri qarşısında geniş imkanlar açıb, onlara bizneslərin rəqabət üstünlüklərindən faydalanmağa yardım edəcək. Tacir kart məhsulu müştərilərimizə biznes əməliyyatlarını daha təhlükəsiz və səlis şəkildə həyata keçirmək və nağd vəsaiti daha səmərəli idarə etmək imkanı verəcək. Yeni strategiyamız çərçivəsində bank məhsul və xidmətlərinin rəqəmsallaşdırılmasının əsas prioritetimiz olduğunu nəzərə alaraq, müştərilərimizi əmin edirik ki, onlar Tacir kart məhsulu ilə bağlı təqdim olunacaq yeni və daha da geniş üstünlüklərdən faydalanmağa davam edəcəklər» - deyə, A.Qolovko qeyd etmişdir.
Tacir Kartdan istifadənin əsas üstünlükləri:
Sahibkarlar üçün:
Distribyutor şirkətlər üçün:
https://www.pashabank.az/press_centre,1258/lang,az/