25/12/2017

VISA-campaign-FB-1200x630.jpg (500 KB)

25 dekabr tarixindən başlayaraq PAŞA Bank VİSA (Gold, Platinum, İnfinite) kartları ilə ölkə-xarici 50 ABŞ dollarlıq və ya ölkə-daxili həmin məbləğin ekvivalentində hər hansı POS terminal ilə ödəniş edərkən “Gözəllik Dünyasına VİZA-nız” kampaniyasına qoşulmuş olursunuz.

Kampaniya zamanı hər ay POS terminallar vasitəsi ilə adı çəkilən kartlar ilə minimum 50 ABŞ dollarlıq (və ya manatın ekvivalenti) ən çox ödəniş edən üç müştəri hədiyyə kartı qazanacaq. Əməliyyatların sayına görə aylıq seçilən ilk üçlüyə düşən kart sahibləri EMPORIUM mağazalar şəbəkəsinin kuponı ilə mükafatlandırılacaq.

3 aylıq kampaniyanın sonunda isə 2 əsas qalib əməliyyatların sayına və əməliyyatların məbləğinə görə seçiləcək. Qaliblər PAŞA Travel şirkətindən səyahət kuponlarını qazanacaqlar.

Kampaniya 25 dekabr 2017-ci ildən 25 mart 2018-ci ilədək davam edəcək.