14/11/2017
fb-CP-visual-14-noyabr.jpg (380 KB)Ölkənin ən iri banklarından biri olan PAŞA Bank “Cinema Plus” kinoteatrlar şəbəkəsi ilə birlikdə yeni kampaniya elan edir. Kampaniya şərtlərinə uyğun PAŞA Bank əmək haqqı kartı ilə POS-terminaldan ən azı 30 AZN həcmində əməliyyat edən müştərilər Bankdan və “Cinema Plus” kinoteatrlar şəbəkəsindən hədiyyə qazanmağa şansı əldə edir.

Əməliyyat sayına görə həftəlik seçilmiş ilk kart sahibinə “Cinema Plus” kinoteatrlar şəbəkəsindən 100 AZN, qalan 4 kart sahıbinə isə 50 AZN həcmində hədiyyə kartı təqdim olunacaq.
Kampaniyanın digər şərtləri:
  • Əməliyyat ölkə daxili və ölkə xarici hər hansı POS-terminallarda tranzaksiyaları əhatə edir*
  • Kampaniyada yalnız PAŞA Bankın əmək haqqı kartları iştirak edə bilər
  • Hədiyyə kartı yalnız “Cinema Plus” kinoteatrlar şəbəkəsində keçərlidir
*Gömrük ödənişləri, quasi cash və digər aid deyil.

Kampaniya 15 yanvar 2018-ci il tarixinədək keçiriləcəkdir.