13/10/2017

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank – VII beynəlxalq "Kiçik və orta sahibkarlıq (KOS) ilə iş strategiyası" konfransının baş sponsoru qismində çıxış edib. 5-8 oktyabr tarixlərində Bakıda keçirilən tədbirin təşkilatçısı  Business Format şirkəti olmuşdur.

Konfransa Azərbaycanın və xarici ölkələrin bank sektorundan, auditor şirkətlərindən, texnoloji sektor şirkətlərindən 50-dən artıq nümayəndə, həmçinin hüquqşünaslar, risk-menecerləri və digər ekspertlər dəvət olunmuşdur.

Tematik sessiyalar çərçivəsində mütəxəssislər müasir meyllər və KOS sektorunu əhatə edən bankçılığın inkişaf perspektivləri, Azərbaycanda sektorun kreditləşdirilməsinin stimullaşdırılması alətləri, dəyişkən iqtisadi şərait fonunda KOS müştəriləri üçün məhsul strategiyalarının işlənib hazırlanması və digər məsələləri müzakirə etmişdir.  Tədbir iştirakçıları üçün "Faktorinq – KOS-un rentabelliyinin artırılması aləti qismində" mövzusunda təqdimatı PAŞA Bankın Debitorların maliyyəşməsi şöbəsinin rəhbəri Aynura Piriyeva keçirmişdir.

Tədbir KOS-un dinamik inkişaf edən seqmentlərinin, aktual pərakəndə bank məhsullarının, həmçinin MDB ölkələrinin bazarlarında müştərilərin internet bank xidmətləri ilə təmin edilməsi mövzularının müzakirəsinə həsr olunmuş sessiyalar ilə yekunlaşdırılmışdır.