Çap

Press-relizlər

PAŞA Bankın fərdi bankçılıq bölməsi “PAŞA Private Banking” Arena Polo üzrə dünya kuboku yarışlarının keçirilməsinə öz töhfəsini vermişdir

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə sentyabrın 8-10-da Binə Atçılıq Mərkəzində polo üzrə dünya kuboku yarışları keçirilmişdir. Ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər yarışa sponsorluq edənlərdən biri Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankın fərdi bankçılıq bölməsi “PAŞA Private Banking” olmuşdur.



Dünya kuboku yarışlarında dörd güclü beynəlxalq peşəkar polo komandası – Azərbaycanın “Elite Horse and Polo Klub”, ABŞ-ın “Qrand Çampions Polo Klub”, İsveçrənin “Evviva Polo Klub St.Moritz” və Monakonun “Monte-Karlo Polo Team” mübarizə aparıb. Bu mötəbər yarışda ölkəmizi təmsil edən Elite Horse and Polo Club” komandası yarışların finalında İsveçrənin Evviva Polo Klub St.Moritz” klubunu 11,5:5 xal hesabı ilə məğlub edərək yarışın qalibi olub. Çövkən yarışlarının çox qədimdən məşhur olduğu Azərbaycan 2013-cü ildən etibarən Beynəlxalq Polo Federasiyasının üzvüdür. Son illərdə Bakıda polo üzrə dünya kuboku yarışları təşkil olunur. Yüksək səviyyədə keçirilmiş bu turnirlərdən sonra 2015-ci ildə Bakıda təşkil edilmiş arena polo üzrə birinci Avropa çempionatında Azərbaycan komandası qalib gəlib.



2018-ci ildə İtaliyada keçiriləcək Avropa çempionatında ölkəmiz də təmsil olunacaq. Həmçinin Bakının 2020-ci ildə keçiriləcək otüstü polo üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyi irəli sürülüb.

https://www.pashabank.az/press_centre,1179/lang,az/