Çap

Press-relizlər

PAŞA Bank mütəxəssisləri ilə tələbələrin növbəti görüşü keçirildi

30 avqust tarixində ölkənin aparıcı korporativ bankı-PAŞA Bank mütəxəssislərinin Azərbaycanın ali təhsil ocaqlarının tələbələri ilə növbəti görüşü baş tutdu. Tədbir Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkənin kommersiya bankları ilə tərəfdaşlıqda həyata keçirilən “Maliyyə savadlılığı” layihəsi çərçivəsində baş tutmuşdur.
Tələbələr ilə görüş zaman PAŞA Bankın Qeyri-kredit bank xidmətləri şöbəsinin rəhbəri Aynurə Piriyeva müştərilər ilə münasibətlərin idarə edilməsində tətbiq olunan müasir üsullar, müasir satış strategiyalarının əsasları, eləcə də kreditləşmənin alternativ formaları haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Bank mütəxəssisi həmçinin biznesin qurulmasının müxtəlif üsulları, fəaliyyətin planlaşdırılması və proqnozlaşdırılması üzrə mütərəqqi yanaşmalar haqqında danışdı və dinləyiciləri maraqlandıran sualları cavablandırdı.
Onu da qeyd etmək istərdik ki, PASHA Bank 2013-cü ildən “Maliyyə savadlılığı” layihəsinin fəal iştirakçısıdır və bu növ tədbirləri davamlı olaraq həyata keçirir.

https://www.pashabank.az/press_centre,1178/lang,az/