14/07/2017
TacirkartTacir Kart ticari prosesdə iştirak edən hər iki tərəf üçün faydalıdır: hazırda malların satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin sahibləri mal ünvanlı çatdırılma həyata keçirən iri distributorlardan alır. Sahibkarın aldığı malların ödənişləri nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. PAŞA Bank Tacir Kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir.

Tacir Kartın PAŞA POS terminalı ilə istifadəsinin Distribyutor üçün ən önəmli üstünlüklərindən biri  18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğin avtomatik çıxarılaraq Sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu POS-terminal ilə təchiz olunmuş ekspeditorlar özləri həyata keçirir.  

Tacirkart

Sahibkar üçün bu kart avtomatlaşdırılmış bir ödəmə imkanı yaradılır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır.

PAŞA Bankın Baş kommersiya İnzibatçısı Melih Mengünün sözlərinə görə, Bank, məhsul və xidmətləri işləyib hazırlayarkən, əsas meyar olaraq müştərilərinin biznes ehtiyaclarını rəhbər tutur. “Əminik ki, Tacir Kartın istifadəsi PAŞA Bankın müştəriləri qarşısında geniş imkanlar açıb, onlara bizneslərin rəqabət üstünlüklərindən faydalanmağa yardım edəcək» - deyə, M. Mengü yekunlaşdırdı.

Tacir Kartdan istifadənin əsas üstünlükləri:

Sahibkarlar üçün:

•      Ən qısa müddətdə nağd ödənişlərdən qeyri-nağd ödənişlərə keçid

•      Hesabatlılığın asanlaşması

•      Kartın kredit xəttindən faydalanmaq imkanı

•      Hər Distribyutor üzrə müxtəlif limitlərin müəyyən olunması

 

Distribyutor şirkətlər üçün:

•      Pul dövriyyəsinin nağdsız formaya keçməsi

•      Şirkətin pul dövriyyəsinin effektiv idarə edilməsi

•      Mobil POS terminal vasitəsi ilə ödənişlərin qəbulu

•      Nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması

•      Vəsaitin həmin gün hesaba köçürülməsi

•      İnkassasiya xidmətinə ehtiyacın olmaması

•      Hesabatlılığın asanlaşması

•      Sahibkarlara fərdi kredit limitlərinin müəyyən edilməsi