29/03/2017

Ölkənin aparıcı korporativ bankı - PAŞA Bank - "Global Finance" işgüzar nəşrinin təsis etdiyi «World's Best Banks» beynəlxalq mükafatına layiq görülüb. Laureatların mükafatlandırılması ilə bağlı təntənəli mərasim payızda Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının İdarəediciləri Şuralarının Vaşinqton şəhərində keçiriləcək illik iclası çərçivəsində baş tutacaq.

Xatırladaq ki, jurnal ardıcıl olaraq ikinci ildir ki, PAŞA Bankı bu nüfuzlu mükafata layiq görür. Ötən il Bank "Wells Fargo", "Akbank", "Raiffeisen Bank" və s. bu kimi beynəlxalq maliyyə institutları ilə yanaşı özünün əsas əməliyyat ölkəsində ən yaxşı bank adını qazanmışdır.

"Global Finance" jurnalı 1987-ci ildən dərc olunur və dünyanın 180 ölkəsində yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, həmçinin Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.