01/11/2016

Noyabr ayının 1-də Bakıda Azərbaycanın ən iri banklarından biri PAŞA Bankın "Fərdi Bankçılıq" Biznes-mərkəzinin açılış mərasimi baş tutmuşdur.
Yeni Biznes-mərkəz Bankın korporativ müştərilərinin PAŞA Bank əmək haqqı kartlarının sahibi olan işçilərinə xidmət göstərilməsinə istiqamətlənib. Biznes-mərkəz geniş spektrdə maliyyə xidmətlərini, o cümlədən hesabların açılması, kredit sifarişlərinin nəzərdən keçirilməsi, kassa əməliyyatları, plastik kartların təqdim olunması və digər xidmətləri təqdim edir.
Açılış mərasimində PAŞA Bankın İdarə heyətinin üzvü Şirin Əliyevanın qeyd etdiyi kimi, Bankın əmək haqqı kartlarının sahiblərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi Bank üçün çox önəmlidir.
Ş.Əliyeva bildirdi ki: "Son aylar ərzində korporativ müştərilərin sayının artması ilə bağlı olaraq, müştərilərimizə göstərilən xidmətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə əmək haqqı kartlarının sahiblərinə xidmət edən ayrıca Biznes-mərkəzinin açılması zərurəti yaranmışdır. Korporativ müştərilərimizin işçiləri olan şəxslərə xidmət göstərilməsində rəqəmsal, o cümlədən internet-bankinq və mobil əlavə imkanlarının təbliği Biznes-mərkəzinin əsas məqsədlərindən biridir. Beləliklə, "digital" kanallar ilə göstərilən xidmətlərin aktiv tətbiqi bizə fərdi müştərilərin müraciətlərinin işlənməsi vaxtını azaltmağa və təqdim etdiyimiz xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə kömək edəcək".
"Fərdi Bankçılıq" filialı Bakı ş., Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 12 ünvanında yerləşir və müştərilərinə iş günləri saat 9:00-dan saat 17:00-dək xidmət göstərir.