Gömrük Kartı yalnız Azərbaycan Respublikasının ərazisində gömrük terminallarında vergilərin və rüsumların ödənilməsi üçün istifadə edilir. Bu kart vasitəsilə bankomatlarda və ticarət-xidmət yerlərində POS-terminallarda hər-hansı əməliyyatlar həyata keçirmək mümkün deyil.
Gömrük kartı həm kredit, həm də debit kartı kimi istifadə oluna bilər. Kart sahibi hesaba öz vəsaitini yerləşdirərək kart hesabında olan vəsait qalığı çərçivəsində əməliyyatlar həyata keçirə bilər, və ya karta ayrılmış kredit xəttindən faydalana bilər.
- Gömrük məntəqələrində vergilərin və rüsumların kartla rahat və sürətli ödənişini həyata keçirmək imkanı yaranır;
- Gömrük vergilərinin və rüsumlarının ödənişi üzrə əməliyyatlarını rahat formada izləmək, hesabatlıq və təhlil sistemini yaratmaq üçün imkanlar yaranır.
Kartın növü | MasterCard Debit |
Kartıq qiyməti (xidmət haqqı) | 40 AZN |
Kartın müddəti | 3 il |
Kart hesabının valyutası | AZN |
Kart üzrə əlavə xidmətlər | Card-to-Card (yalnız mədaxil) SMS Banking PİN Change 24/7 təcili bloklaşdırma |
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
https://www.pashabank.az/plastic_cards,809/lang,az/