Biznesinizin inkişafı üçün müasir həllər.
Ətraflı məlumat üçün keçid edin.
PAŞA Private Bank maliyyə ehtiyaclarınız üçün ən mükəmməl həll yolunu tapmağa yardımçı olacaq. Fərqi yoxdur overdraft ya uzunmüddətli kredit, bizim komanda Sizin tələblərinizə ən uyğun maliyyə həllini tapmağa hazırdır.
PAŞA Private Banking-in overdraft siyasəti çox çevik olduğundan, müştərilərimizə öncədən razılaşdırılmış məbləğ çərçivəsində vəsaitdən istifadə imkanı verir. Overdraft limitini təyin etməklə müştərilərimiz kart hesablarında mövcud olan məbləğdən daha çox vəsait xərcləyə bilirlər. Bu isə öz növbəsində vəsaitin səmərəli idarə edilməsi üçün əlavə alətdir. Overdraft məbləğinin təyin edilməsi üçün heç bir komissiya tutulmur. Lakin, hesab növündən asılı olaraq kredit üzrə faiz dərəcələri dəyişə bilər.
Premium klas avtomobil və ya yaxta kimi dəbdəbəli vasitə alışı zamanı əlavə maliyyə dəstəyinə ehtiyac duyursunuzsa, xidmətinizdəyik. Hər bir müştərimizin istəyinə uyğun geniş maliyyələşdirmə imkanlarımız vardır.
PAŞA Bank bu növ kredit vasitəsilə müştərilərimizə çox münasib faiz dərəcələri təklif edir. Əgər Sizin girov kimi qəbul edilə bilən vəsaitləriniz varsa, biz ehtiyacınıza müvafiq kredit həllini tapmağa kömək etməyə hazırıq.
PAŞA Bank müştərilərinə dəbdəbəli daşınmaz əmlak alışında da maliyyələşdirmə təklif edir. Peşəkar komandamız ölkə daxilində və xaricdə daşınmaz əmlak alışı zamanı həyata keçirilən pul köçürmələri ilə bağlı bütün məsələləri həll etməyə hazırdır.