Ölkənin və cəmiyyətin inkişaf səviyyəsini əks etdirən amillər sırasında informasiya və kommunikasiya texnologiyaların yaradılması, tətbiqi və inkişafı mühüm yer tutur.
PAŞA Bank informasiya və kommunikasiya texnologiyalarının inkişafı üçün şirkətlərə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına güzəştli kreditlər təklif edir.
Maliyyələşdirilən istiqamətlər:
• İnnovativ layihələrin həyata keçirilməsi
• İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində məhsullarının istehsalı
• Yeni texnologiyaların tətbiqi ilə xidmətlər göstərilməsi
• Proqram təminatı vasitələrinin yaradılması
• İnformasiyanın qəbulu, emalı, təhlili və ötürülməsi sahəsində xidmətlərin yaradılması
• İKT sahəsində digər xidmətlərin göstərilməsi (İnternet üzərindən göstərilən xidmətlər)
Maliyyələşmənin şərtləri:
Kredit növü | Məbləğ | Müddət |
Kiçik həcmli kreditlər | 10 000 – 50 000 AZN | 3 ilədək |
Orta həcmli kreditlər | 50 001 – 500 000 AZN | 5 ilədək |
Böyük həcmli kreditlər | 500 001 – 5 000 000 AZN | 10 ilədək |
Kreditin faiz dərəcəsi: | Maksimum 5% illik |
Kreditin verilməsinə görə komissiya: | razılaşma əsasında |
Ödəniş qaydası: | annuitet və ya xüsusi qrafik |
Güzəşt müddəti: | razılaşma əsasında |