Müştərilərin əlavə maliyyələşməyə ehtiyacının təmin olunması üçün PAŞA Bank fəaliyyətinin əsas istiqamətlərindən olan İnvestisiya Bankçılığı sahəsində geniş xidmətlər təqdim edir. Bank şirkətinizin səhmlərinin buraxılması və idarə olunması prosesinin təşkili üzrə aşağıdakı istiqamətlərdə xidmətlərini təklif edir:
• Anderraytinq
• Marketmeykinq
Anderraytinq
Bankın qiymətli kağızlarını dövriyyəyə buraxan şirkət (emitent) adından çıxış etməsi, investorları cəlb etməsi və qiymətli kağızları bazarda yerləşdirməsi anderraytinq prosesi adlanır.
PAŞA Bank anderrayter xidməti aşağıdakı prosesləri əhatə edir:
1. Şirkətin tələblərinin müəyyən olunması;
2. Şirkətin imkanlarının və maliyyə təhlillərinin həyata keçirilməsi;
3. Buraxılacaq səhm həcminin və satış qiymətinin müəyyənləşdirilməsi üçün təhlillərin və məsləhətləşmələrin həyata keçirilməsi;
4. Emissiya (səhm buraxılışı) üçün sənədləşmənin həyata keçirilməsi və prosesin izlənilməsi; 5. Tələbin toplanması və yerləşdirmənin həyata keçirilməsi;
6. Yerləşdirilən səhmlərin nəticələrinin təhlili, müvafiq hesabatların tərtib olunması, gələcək addımların müəyyənləşdirilməsi üçün məsləhətlərin təqdim olunması.
Anderraytinqin üstünlükləri:
- Şirkətlər kapital bazarlarına çıxış nəticəsində səhmlər vasitəsilə daha aşağı faizlə daha böyük kapital cəlb edə bilir
- Müştərilər qiymətli kağızların buraxılışı prosesinin hər mərhələsində PAŞA Bankın peşəkar komandasının məsləhətlərindən yararlana bilir
Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya treasury@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
Marketmeykinq
Bankın fond bazarında müştərinin qiymətli kağızlarını idarə etməsi marketmeykinq prosesi adlanır. PAŞA Bank müştərinin adından çıxış edərək fond bazarında maksimal gəlirin əldə olunması üçün qiymətli kağızların idarəçiliyini təmin edir.
PAŞA Bank marketmeyker xidməti aşağıdakı prosesləri əhatə edir:
1. Səhm satışının həyata keçirilməsi və bazar tələbinin yaradılması;
2. Yerləşdirilən səhmlərin nəticələrinin təhlili, müvafiq hesabatların tərtib olunması, gələcək addımların müəyyənləşdirilməsi üçün məsləhətlərin təqdim edilməsi.
Marketmeykinqin üstünlükləri
- Şirkətin səhmlərinin likvidliyi artır.
- Yerli bazarda qiymətli kağızların alış və satış qiymətlərinin Bakı Fond Birjasının internet səhifəsində əks olunması gündəlik təmin olunur.
- Beynəlxalq bazarlarda qiymətli kağızların alışı və satışı üçün istifadə olunan Bloomberg və ya Reuters sistemlərində əks olunması gündəlik təmin olunur.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Baş ofisinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya treasury@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.