PAŞA Kapital broker şirkətinin ixtisaslaşmış peşəkar komandası şirkətlərin istiqrazlarının buraxılışı və idarə olunması işlərini təmin edir. PAŞA Kapital şirkətin tələblərini müəyyənləşdirir, maliyyə təhlilləri həyata keçirir və müştərilərin imkanlarını təhlil edir.
Qapalı yerləşdirmə xidməti buraxılacaq qiymətli kağızların maliyyə bazarlarına çıxarmadan birbaşa investorlara (alıcılara) satışının həyata keçirilməsidir.
Yerləşdirmənin həyata keçirilməsi üçün PAŞA Kapital bir başa tələb toplayır və qiymətli kağızı bazara çıxarmadan digər investorlara (alıcılara) satışını həyata keçirir.
Daha ətraflı məlumat üçün PAŞA Kapital-ın (994 12) 496 50 30 nömrəli Əlaqə Mərkəzinə və ya ibd@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.