“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Vəsaitlərin idarəedilməsi

PAŞA Private Banking-in investisiyalarla bağlı təklif etdiyi konsaltinq xidmətləri investisiya portfelinin idarəedilməsini və risklərin təhlilini nəzərdə tutur. Müştərilərimizə verilən məsləhətlər beynəlxalq tərəfdaşlarımızın köməkliyi ilə London, Cenevrə kimi aparıcı maliyyə mərkəzlərində yerləşən broker, sərvətin idarəedilməsi və digər ixtisaslaşmış institutlarla əməkdaşlıq nəticəsində ərsəyə gəlir. Sizə təyin ediləcək fərdi investisiya məsləhətçimiz investisiya gözləntiləriniz və qəbul edə biləcəyiniz risk dərəcələrinə uyğun olan həll yolları hazırlayacaq.

Sərvətlərin idarəedilməsi

Aktivlərinizi uğurlu biznes karyerası nəticəsində və ya varislik yolu ilə əldə etməyinizdən asılı olmayaraq, onların düzgün idarəedilməsi sərvətlərin qorunması üçün vacib şərtdir. PAŞA Private Banking-in təklif etdiyi sərvətlərin idarəedilməsi xidməti mütəmadi müzakirələr və davamlı dəstəyi nəzərdə tutur. Məqsədimiz Sizin aktivlərinizin gələcək nəsillər üçün qorunması və artırılmasıdır.

Fərdi etibarnamə əsasında investisiyaların idarəedilməsi

Bu xidmət müştərilərimizi investisiya portfellərinin gündəlik idarəedilməsi ilə bağlı qayğılardan azad edir. Bizim peşəkar əməkdaşlarımız müştərinin razı olduğu risk-gəlir profilinə əsaslanan qərarları onun adından qəbul edir və aktivlərin cari vəziyyəti ilə bağlı hesabatları ona təqdim edirlər. Mütəxəssislərimizin peşəkarlıq səviyyəsi əmanətlərinizin doğru əllərdə olduğuna əminlik yaradacaq.

İnvestisiyaların hesab sahibi tərəfindən idarəedilməsi

Bu xidmət investisiya portfelinin idarə edilməsində fəal iştirak etmək istəyi olan təcrübəli investorlar üçün nəzərdə tutulub. Əməkdaşlarımız sadəcə mövcud investisiya imkanları haqqında məlumatı müştəriyə təqdim edirlər və müştərinin əməliyyatlarla bağlı qərarlarını həyata keçirirlər. İnvestisiya məsləhətinə ehtiyacı olmayan müştərilərə əməkdaşlarımız yalnız əməliyyatların icrasında yardım edirlər. Müştərilərimiz investisiya portfelinin səmərəliliyi ilə bağlı mütəmadi hesabatlar əldə edəcəklər.