PAŞA Bank istehsal, ticarət və xidmət müəssisələrində bankomatların (ATM) yerləşdirilməsini təklif edir.

Bankomat vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri, eləcə də əməkdaşları (xüsusilə əmək haqqı kart layihələri olduqda) günün istənilən vaxtı 24/7 rejimində və ya müəssisənin iş saatları ərzində bir sıra əməliyyatlar həyata keçirə bilərlər.

Bankomat vasitəsilə əməliyyatlar:

- Nağd vəsaitin çıxarılması
- Nağd vəsaitin mədaxili *
- Card-to-Card xidməti vasitəsilə bir kartdan digər karta pul vəsaitinin köçürülməsi *
- PIN Change xidməti vasitəsilə kartın PIN şifrəsinin dəyişdirilməsi *
- Kart hesabı üzrə balans və çıxarışların əldə edilməsi *

* PAŞA Bankın kartları üçün