Çap

Depozitlər

“PAŞA Bank” mobil tətbiqində rəqəmsal depozit

“PAŞA Bank” mobil tətbiqində rəqəmsal depozit yerləşdirərək artan gəlir əldə edin! “Yığım” və “Müddətli” depozit növündən sizə uyğun olanı seçərək maliyyə hədəflərinizi reallaşdırın.

Şərtlər
    • Müddət: 3, 6, 9, 12, 18, 24, 36 ay
    • Maksimal məbləğ: 100000 AZN (və ya bu məbləğ ekvivalentində USD)*
    • Faizlərin ödənilməsi: aylıq və müddətin sonunda

*100000 AZN (və ya bu məbləğ ekvivalentində USD) bir müştəri üçün hər iki depozit növü üzrə ümumi maksimal depozit məbləğidir.

Rəqəmsal müddətli depozit
    • Minimal məbləğ: 5000 AZN (və ya bu məbləğ ekvivalentində USD)
    • Valyutalar: AZN/USD
    • Maksimal faiz dərəcəsi: 10%
    • Əmanətin artırılması: depozit məbləğinin artırılması mümkün deyil

Faiz dərəcələri

  USD USD
Müddət Aylıq Müddətin sonu
3 ay 1.75% 2.00%
6 ay 2.75% 3.00%
9 ay 3.00% 3.25%
12 ay 3.25% 3.50%
18 ay 3.00% 3.25%
24 ay 2.75% 3.00%
36 ay 2.00% 2.25%
  AZN AZN
Müddət Aylıq Müddətin sonu
3 ay 7% 8%
6 ay 9% 10%
9 ay 9% 10%
12 ay 9% 10%
18 ay 9% 10%
24 ay 7.5% 8.5%
36 ay 7% 8%

Rəqəmsal yığım depoziti
    • Minimal məbləğ: 1000 AZN
    • Valyuta: AZN
    • Maksimal faiz dərəcəsi: 8.5%
    • Minimal artım məbləği: 50 AZN
    • Əmanətin artırılması: depozit məbləği istənilən vaxt artırıla bilər (depozitin açılma tarixi istisna olmaqla)

Faiz dərəcələri

  AZN AZN
Müddət Aylıq Müddətin sonu
3 ay 7% 8%
6 ay 7.5% 8.5%
9 ay 7.5% 8.5%
12 ay 7.5% 8.5%
18 ay 7.5% 8.5%
24 ay 6% 7%
36 ay 6.5% 7.5%

Necə müraciət etməli:
• PAŞA Bank Mobil Əlavə:

Get it on Google Play
Get it on Google Play
Download on the App Store
Download on the App Store
Available on the AppGallery
Download on the App Store

Əmanətlərin sığortalanması

“PAŞA Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və depozit fond tərəfindən sığortalanır.

Sığortalanmış əmanət qorunan əmanətin fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Kompensasiya sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

Qorunan əmanətlərin maksimal illik faiz dərəcəsi AZN ilə yerləşdirilmiş depozitlər üçün 12%, USD ilə yerləşdirilmiş depozitlər üçün 2.5% təşkil edir.

Qorunan əmanətlər üzrə maksimal kompensasiya məbləği isə 100 000 AZN təşkil edir.

Daha ətraflı məlumat üçün Əmanətlərin Sığortalanması Fondunun veb-saytına keçid edə bilərsiz.



1 yanvar 2024-cü ildən Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, fiziki şəxslərin manatla yerləşdirdikləri yeni depozitlərin faiz gəlirləri aşağıdakı qaydada 10% gəlir vergisindən azad edilir:
    • 18 ay və daha uzun müddətə depozit yerləşdirildikdə faiz gəlirinin tam məbləği 3 il müddətinə vergidən azaddır;
    • 18 aydan az müddətə depozit yerləşdirildikdə faizlər müddətin sonunda ödənilərsə, aylıq 200 manatadək faiz gəliri azaddır;
    • 18 aydan az müddətə depozit yerləşdirildikdə faizlər aylıq ödənilərsə, hər ay 200 manatadək faiz gəliri vergidən azaddır.

Qeyd: Digər bütün hallarda faiz gəlirindən 10% ödəmə mənbəyindən vergi tutulur. Bu, həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə şamil edilir.

https://www.pashabank.az/ib_deposits,2129/lang,az/