“Onlayn növbə” xidməti müvəqqəti olaraq dayandırılıb

  • Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.

Depozit hesabları

Depozitlər Azərbaycanda ən çox üstünlük verilən investisiya növüdür. Təhlükəsiz və likvid alət sayılan depozit hesab konservativ investorlar üçün xüsusilə cəlbedicidir.

Klassik hesab

Yerləşdirmə müddətindən (qısa və ya uzun) asılı olaraq daha yüksək faiz gəliri əldə etmək imkanı verən Müddətli Depozit məhsulunu təqdim edirik. Hesablanmış faiz məbləği müştərinin istəyi ilə aylıq, rüblük və ya müddətin sonunda müştərinin cari hesabına köçürülür. Depozit yerləşdirən müştərilərimiz əlavə imtiyazlarda əldə edirlər.

Fidusiar hesab

Bu depozit növü müştərilərimizə öz əmanətlərini xarici tərəfdaş banklar vasitəsilə PAŞA Private Banking-də yerləşdirmək imkanı verir. Əmanətlər xarici bankın adından yerləşdirilməsinə baxmayaraq, həmin hesabın benefisiarı kimi müştəri çıxış edir. Müştərilərimiz bu depozit növü ilə yüksək dərəcəli məxfilik əldə etməklə yanaşı, xarici bankla əməkdaşlıq tarixçəsinə malik olurlar.

Uşaq depoziti

“Uşaq depoziti” məhsulu Müştərilərimizin övladlarının təminatını qorumaq üçün xüsusi olaraq yaradılmışdır. Məhsul çərçivəsində depozit uşağın adına rəsmilləşdirilir və uşaq yetkinlik yaşına çatdıqdan sonra toplanan vəsait onun istifadəsinə keçir. Depozitin minimal məbləği 10,000 AZN təşkil edir.