Mükafatlandırma Komitəsinin tərkibi:
1. Müşahidə Şurasının sədri Mir Camal Paşayev - sədr;
2. "PAŞA Holding" MMC-nin Banklar Qrupunun rəhbəri Cəlal Qasımov- müstəqil üzv;
3. "PAŞA Holding" MMC-nin Qrup üzrə İR və inzibati işlər departamentinin direktoru Aytən Abbaslı - müstəqil üzv;
4. İdarə Heyətinin sədri Taleh Kazımov - üzv;
5. İnsan Resursları departamentinin direktoru Sevda Əliyeva - üzv;

Komitə üzrə vəzifələr:
• Bankın işçi heyəti üçün mükafatlandırma və motivasiya sxemlərinin prinsiplərinin, strategiyasının və zəruri tənzimləyən normativ sənədlərin nəzərdən keçirilməsi və rəyin verilməsi;
• Mükafatlandırma sistemini tənzimləyən normativ sənədlərin Bankın risklərin idarəedilməsi üzrə qaydaları ilə uyğunluğunun təmin edilməsi;
• İdarə Heyəti tərəfindən təqdim olunan Bankınişçilərin fəaliyyətinin dəyərləndirmə sisteminin, kadr seçiminin, kadrların saxlanılması və işdən azad edilməsini tənzimləyən normativ sənədlərin nəzərdən keçirilməsi və rəyin verilməsi;
• Bankın işçi heyəti üçün illik mükafatlandırmanın həcminin nəzərdən keçirilməsi və təkliflərinin Müşahidə Şurasınatəqdim edilməsi;
• Mükafatlandırma prosesinin müşahidə edilməsi, o cümlədən ən azı ildə bir dəfə Riskləri İdarəetmə Komitəsi ilə birgə mükafatlandırma sisteminin effektivliyinin qiymətləndirməsi;
• Bankın İnsan Resurslarının İdarəedilməsinin prioritet vəzifələrinin və idarəetmə orqanlarının mükafatlandırma siyasətinin həyata keçirilməsində İdarə Heyətinin üzvlərinin effektiv iştirakının təmin edilməsi;