Çap

Daxili Komitələr

İnsan Resursları üzrə Ekspert Qrup

İnsan Resursları üzrə Ekspert Qrupun Tərkibi:
1. “PAŞA Holding” MMC-nin İcraşı direktorunun müavini, İnsan Resursları üzrə baş direktor - Ad Boon – sədr;
2. “PAŞA Management Company”-nin İstedadların idarə olunması Qrupunun direktoru Rəna Rzayeva – üzv;
3. “PAŞA Holding” MMC-nin İnsan Resursları Qrupunun İnsan Resursları üzrə eksperti – Vahidə Rzayeva – üzv.

Qrupun əsas vəzifələri:
• İnsan Resursları Komitəsi Bankın insan resursları siyasətinin prioritet vəzifələrinə uyğunluq çərçivəsində ilkin araşdırmalar keçirmək və Bankın müvafiq Müşahidə Şurasına tövsiyələr vermək üçün yaradılmışdır.
• Komitə Bankın Müşahidə Şurasına mütəmadi olaraq hesabat verir.
• Komitə, Müşahidə Şurası tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində və Komitənin fəaliyyəti ilə bağlı müvafiq daxili qaydalara uyğun olaraq fəaliyyət göstərir.
• Komitənin işi Azərbaycan Respublikasının müvafiq qanunları, Bankın Komitəsinə dair daxili qaydalar, Müşahidə Şuraısnın qərarları, Səhmdarların Ümumi Yığıncağı və Bankın Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili sənədlər və öz qərarları ilə tənzimlənir.

(yenilənmə tarixi 30.03.2026)

https://www.pashabank.az/daxili_komiteler,1697/lang,az/