Satınalmalar Komitəsinin Tərkibi:
 1. Maliyyə idarəedilməsi departamentinin direktoru – Cəmil Vahid oğlu Məmmədov – sədr;
 2. Risklərin İdarə Edilməsi departamentinin direktoru - Orxan Rza oğlu Vahabov - üzv;
 3. Komplayns və AML departamentinin direktoru - Aynurə Həsən qızı İsmayılzadə - üzv;
 4. İT Əməliyyatları üzrə Aparıcı direktor – Aydın Süleymanov – üzv;
 5. Satınalmalar şöbəsinin rəhbəri - Cami İlham oğlu İmaməliyev – üzv;
 6. “PAŞA Holding” MMC-nin Maliyyə və İT departamentinin Satınalma üzrə meneceri - Məlik Abdullayev – səsvermə hüququ olmadan müstəqil üzv.
Komitənin əsas vəzifələri:
 • Satınalma əməliyyatları üzrə bütün kritik, texniki və ticari aspektlər baxımından lazımi mülahizələrin verilməsi;
 • Satınalma siyasətinin və prosedurların vaxtaşırı yenilənməsi və təkmilləşdirməsi üzrə tövsiyyələrin verilməsi;
 • Dəyərləndirmə meyarları üzrə əhəmiyyətli satınalma strategiyalarının, tövsiyələrin, dəyişikliklərinvə digər müqavilə öhdəliklərinin nəzərdən keçirilməsi;
 • Satınalmalar prosesi üzrə siyasət, qaydalara dair təkliflər vermək və öz səlahiyyətləri daxilində təlimatları nəzərdən keçirilməsi və təsdiqləməsi.
(yenilənmə tarixi 20.05.2025)
https://www.pashabank.az/daxili_komiteler,1696/lang,az/