Strategiya və Büdcə üzrə Ekspert Qrupun Tərkibi:
1. “PAŞA Holding” MMC-nin Qrup üzrə Strateji idarəetmə departamentinin direktoru - Teymur Hüseynov – sədr;
2. “PAŞA Holding” MMC-nin Xəzinədarlıq və Büdcələmə üzrə Meneceri - Əfqan Əfqanlı – üzv;
3. “PAŞA Holding” MMC-nin Maliyyə biznes qrupu daxilində Baş mütəxəssisi - Ruslan Həsənov – üzv;
4. “PAŞA Holding” MMC-nin Baş Mühasibi - Xəyal Bağırov – üzv;
5. “PAŞA Holding” MMC-nin Makroiqtisadi Araşdırmalar departamentinin direktoru - Elman Eminov - üzv.

3. Qrupun əsas vəzifələri
3.1 Komitənin fəaliyyət sahəsi ilə əlaqədar hesabatların və digər sənədlərin nümunə formalarını tərtib etmək;
3.2 Bankın Biznes Planı ilə əlaqədar:
• Bankın İdarə Heyəti tərəfindən hazırlanmış Biznes Plan layihəsi ilə bağlı Bankın Müşahidə Şurasına rəy və təkliflərini bildirmək;
• Biznes Planın icra olunması ilə əlaqədar təqdim olunan monitorinq hesabatları ilə bağlı Bankın Müşahidə Şurasına rəy və təkliflərini bildirmək;
• Bankın mövcud Biznes Planına İdarə Heyəti tərəfindən Bankın Müşahidə Şurasına təqdim olunmuş düzəlişlər ilə bağlı rəy və təkliflərini bildirmək;
3.3 Bankın Büdcəsi ilə əlaqədar:
• Təqdim edilmiş büdcə layihələri ilə əlaqədar Bankın Müşahidə Şurasına rəy və təkliflərini bildirmək;
• Büdcənin icra olunması ilə əlaqədar İdarə Heyəti tərəfindən Bankın Müşahidə Şurasına təqdim olunacaq monitorinq hesabatlarını rüblük əsasda təhlil etmək və Bankın Müşahidə şurasına kənarlaşmaların əsas səbəbləri haqqında rəy bildirmək;
• Səmərəliliyi artırmaq və büdcə hədəflərinə nail olmaq məqsədi ilə təkliflərini Müşahidə Şurasına etmək.

(yenilənmə tarixi 31.08.2023)