PAŞA Bank pul vəsaitlərinin, zinət əşyalarının, sənədlərin və sair qiymətlilərin etibarlı saxlanılması üçün müştərilərə bank seyfləri xidmətini təqdim edir.
PAŞA Bankın təqdim etdiyi seyflərdən istifadə qiymətli əşyaların oğurluq, yanğın və digər bu kimi hallardan etibarlı mühafizəsini təmin edir.
Bank seyflərinin üstünlükləri
- Bank seyflərinin yerləşdirildiyi xəzinə peşəkar mühafizə, siqnalizasiya və yanğın əleyhinə sistem ilə təchiz olunur
- Bank seyfinin yüksək məxfilik tələblərinə cavab verən xüsusi kilidinin açarı müştərinin özündə saxlanılır və həmin açar olmadan bank seyfini açmaq mümkün deyil
- Bank seyfində saxlanılan qiymətlilər barədə hər-hansı bir məlumatın açıqlanması tələb edilmir
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
Bank seyflərinin ölçüləri və şərtləri
PAŞA Bank müştərilərə aşağıdakı cədvəldə göstərilən müxtəlif ölçülü seyflərdən istifadə imkanını təqdim edir.
Seyfin ölçüləri (mm.) | |
Kiçik ölçülü: | 80 x 300 x 400 110 x 300 x 400 110 x 250 x 320 110 x 250 x 440 |
Orta ölçülü: | 210 x 300 x 400 150 x 250 x 320 |
Böyük ölçülü: | 410 x 300 x 400 270 x 250 x 320 290 x 250 x 440 |
Müştəri bank seyfini 1 aydan 3 ilədək müddətə icarəyə götürə bilər. Bank seyfindən istifadə üçün Bank və Müştəri arasında müvafiq müqavilə imzalanır.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.