Bank qarantiyası - bankın, müştərisinin öhdəliklərini yerinə yetirmədiyi halda, müəyyən məbləği digər tərəfə (bənəfisiara) ödəməyi təmin etdiyi maliyyə vasitəsidir. Bu, kommersiya müqavilələrində tərəflərin qarşılıqlı etibarını artıran və öhdəliklərin yerinə yetirilməsini təmin edən mühüm bir alətdir. Müqavilə tərəflərindən asılı olaraq, bank qarantiyası həm yerli, həm də beynəlxalq ticarət müqavilələrinin təminatı qismində istifadə oluna bilər.”
Bank zəmanəti – müştəri (alıcı / borclu / prinsipal) öhdəliklərinə uyğun qaydada digər tərəfə (satıcıya / kreditora / benefisiara) ödənişi həyata keçirmədikdə, Bankın (zaminin) digər tərəf qarşısında, onun yazılı tələbinin və ya zəmanət (qarantiya) məktubunda göstərilən digər sənədlərin təqdim olunması müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır.
Beləliklə, müştəri göstərilən müddətdə digər tərəfə ödənişi həyata keçirə bilmədikdə və ya bundan imtina etdikdə, Bank ödənişi öz hesabına həyata keçirəcəkdir.
Beynəlxalq bank zəmanəti – Bankın xaricdə olan tərəf qarşısında, onun yazılı tələbinin və ya zəmanət məktubunda göstərilən digər sənədlərin təqdim olunması müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır.
“ - Bank qarantiyası, tərəflər arasında öhdəliklərin düzgün və vaxtında yerinə yetirilməsini təmin edərək, tərəflərə qarşılıqlı etibar yaradır.
- Bank qarantiyası, öhdəliklərin yerinə yetirilməməsi riski qarşısında təhlükəsizlik təmin edir, beləliklə həm alıcı, həm də satıcı üçün maliyyə riskləri azalır.
- Bank qarantiyası sayəsində, bütün kapital bir layihəyə sərf edilmədən daha çevik şəkildə digər layihələrə və ya əməliyyatlara yönəldilə bilər.
Xidmətə görə komissiyanın məbləği kredit məhsullarına nisbətdə çox aşağı olur.
Beynəlxalq əməkdasliq çərçivəsində çox istifadə olundugu üçün zəmanət növlərinin adlari həmçinin Ingilis dilində göstərilir.
1. Ödənis qarantiyasi (Payment Guarantee). Bu qarantiya növü Alicinin Satici qarsisinda ödənis öhdəliklərinin təminatidir.
2. Avans ödənis qarantiyasi (Advance payment Guarantee). Bu qarantiya növü müqavilənin sərtlərinə əsasən avans ödənisi həyata keçirildikdə, lakin Saticinin öhdəliklərini icra etmədiyi hallarda avans ödənisinin geri qaytarilmasi üçün təminatdir.
3. Icra qarantiyasi (Performance guarantee). Bu qarantiya növü müqaviləyə uygun olaraq və vaxtinda təchizatin həyata keçirilməsi və ya xidmətin göstərilməsi üçün təminatdir.
4. Təklif və ya Tender təminati (Tender guarantees). Sirkət öz təklifi əsasinda əldə etdiyi sifaris üzrə öhdəliklərini tender təskilatçisi və ya digər tərəf qarsisinda icra etmədiyi hallarda bu qaranitya növü təminat rolunu dasiyir.
5. Gömrük qarantiyasi (Customs Guarantee). Bu qarantiya növü Gömrük orqanlari qarsisinda idxal-ixrac əməliyyatlari həyata keçirən sirkətin gömrük vergilərinin və rüsumlarinin ödənis öhdəliklərinin təminatidir.
6. Keyfiyyətə zəmanət qarantiyasi (Warranty Bond). Bu qarantiya növü təchizatin keyfiyyətinin müqavilə sərtlərinə uygun olmasi üçün təminatdir.
7. Kreditin qaytarilmasina qarantiya (Loan Guarantee). Bu zəmanət növü kredit vəsaitlərinin qaytarilmasi üçün təminatdir.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
https://www.pashabank.az/corporate_documentary_operations,783/lang,az/