PAŞA Bank ticarət və xidmət müəssisələrində avtomatik valyuta dəyişmə terminalının yerləşdirilməsini təklif edir.

Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri Azərbaycan manatı, ABŞ dolları və avro üzrə valyuta dəyişmə əməliyyatlarını rahat həyata keçirə bilərlər.

Avtomatik valyuta dəyişmə terminalının üstünlükləri:

- Günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində terminal vasitəsilə avtomatik valyuta dəyişmə imkanının təqdim edilməsi
- Valyuta dəyişmə məhdudiyyətlərinin aradan qaldırılması nəticəsində müştəri məmnunluğunun və satışların artması

Terminal vasitəsilə valyuta dəyişməsi PAŞA Bankın gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur.