Çap

Müddətli Depozit

PAŞA Bank kart sahiblərinə qısa və uzun müddətlərə yerləşdirmə və hesablanmış faiz məbləğinin alınması sxemindən asılı olaraq daha çox faiz gəliri qazanmaq imkanı ilə Müddətli Depozit məhsulunu təqdim edir.

Depozitin şərtləri

Valyutası: AZN, USD, EUR
Minimal məbləği: 20 000 AZN/USD/EUR
Müddəti: 1 aydan 36 aya kimi
Faiz dərəcəsi: Depozitin valyutası, müddəti və faizlərin alınması sxemindən asılı olaraq Müştəri ilə fərdi razılaşma əsasında təyin edilir
Faizlərin ödənişi: Müştərinin seçiminə əsasən hesablanmış faiz məbləği aylıq, rüblük və ya müddətin sonunda müştərinin cari hesabına köçürülür

Vaxtından əvvəl çıxarılması

Müştəri vaxtından əvvəl depozitin tam məbləğini və ya onun bir hissəsini geri götürdükdə müqaviləyə xitam verilir. Bu halda, Müştəriyə yalnız ilkin depozit məbləği geri qaytarılır, hesablanmış faizlər isə ödənilmir.

Vaxtın avtomatik uzadılması

Müştəri depozitin qaytarılması üçün Banka müraciət etməzsə, depozit eyni müddətə, lakin Bankın uzadılma tarixinə mövcud faiz dərəcəsi ilə yenidən yerləşdirilmiş sayılır, bu şərtlə ki, Bank depozitin müddətinin uzadılmasına razı olsun. Bank müddətin uzadılmasına razı olmadıqda, faiz hesablamır və depozitin geri qaytarılması barədə Müştəriyə bildiriş göndərir.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.

https://www.pashabank.az/corporate_deposits,753/lang,az/