PAŞA Bank ticarət və xidmət müəssisələrinə nağd və nağdsız ödənişlərin daha səmərəli həyata keçirilməsi üçün POS terminalın kassa aparatı ilə inteqrasiyası xidmətini təklif edir.

POS terminalın kassa aparatı ilə inteqrasiyası nəticəsində müştərilərdən nağdsız ödənişlər qəbul edilərkən ödəniş əməliyyatı ilə bağlı məlumatlar yalnız bir dəfə kassa aparatına daxil edilir və avtomatik qaydada POS terminalda əks olunur. Nəticədə ödəniş üzrə eyni məlumatları POS terminala daxil etməyə ehtiyac olmur. Həmçinin iş vaxtının sonunda, “günün bağlanması” prosesində kassa aparatından məlumatlar POS terminala avtomatik qaydada keçirilir.

POS terminalın kassa aparatı ilə inteqrasiyasının üstünlükləri:

- Kassada ödənişlərin qəbulu üzrə əməkdaşın iş yükünün və vaxt sərfinin azalması
- Ödənişlərinin daha sürətli aparılması və kassada növbələrin azalması
- Kart istifadəçilərinin nağdsız ödənişləri nəticəsində satış həcminin artması
- Nağd vəsaitlərin qəbulu üzrə iş yükünün və inkassasiya edilməsinə ehtiyacın azalması
- Müştərilərə qaytarılması üçün kiçik əsginaslara və qəpiklərə ehtiyacın azalması
- Kassada saxta pulların qəbulu riskinin azalması
- Nağd pulun saxlanması və daşınması ilə bağlı yaranan risklərin azalması və s.