TacirkartÖlkənin aparıcı korporativ bankı PAŞA Bank iş adamlarını dəstəkləmək üçün bazara unikal kart məhsulunu-Tacir kartı təqdim edir.

Tacir Kart ticari prosesdə iştirak edən hər iki tərəf üçün faydalıdır: hazırda malların satışı ilə məşğul olan pərakəndə satış obyektlərinin sahibləri mal ünvanlı çatdırılma həyata keçirən iri distributorlardan alır. Sahibkarın aldığı malların ödənişləri nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. PAŞA Bank Tacir Kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, tərəflər arasında ticari əlaqələrin genişlənməsini və operativliyini təmin edir.

Tacir Kartın PAŞA POS terminalı ilə istifadəsinin Distribyutor üçün ən önəmli üstünlüklərindən biri 18% ƏDV-nin avtomatik hesablanması ilə yanaşı həmin məbləğin avtomatik çıxarılaraq Sahibkarın adından vergi depoziti hesabına göndərilməsi imkanıdır. Nağdsız ödənişlərin qəbulunu POS-terminal ilə təchiz olunmuş ekspeditorlar özləri həyata keçirir.

Tacirkart

Sahibkar üçün bu kart avtomatlaşdırılmış bir ödəmə imkanı yaradılır ki, bu da onların öz işlərini nağdsız şəkildə, daha çevik və operativ olaraq həll etməyə zəmin yaradır.

PAŞA Bankın Baş kommersiya direktoru Melih Mengünün sözlərinə görə Bank məhsul və xidmətlərini hazırlayarkən müştərilərinin biznes ehtiyaclarını əsas meyar hesab edir: "Biz əminik ki, Tacir kart müştərilərimizə geniş imkanlar verəcək və bizneslərin rəqabətli üstünlüklərindən istifadə etməkdə onları dəstəkləyəcək. " – deyə M. Mengü fikrini yekunlaşdırdı.

Tacir Kartdan istifadənin əsas üstünlükləri:

Sahibkarlar üçün:

•      Ən qısa müddətdə nağd ödənişlərdən qeyri-nağd ödənişlərə keçid
•      Hesabatlılığın asanlaşması
•      Kartın kredit xəttindən faydalanmaq imkanı
•      Hər Distribyutor üzrə müxtəlif limitlərin müəyyən olunması

Distribyutor şirkətlər üçün:

•      Pul dövriyyəsinin nağdsız formaya keçməsi
•      Şirkətin pul dövriyyəsinin effektiv idarə edilməsi
•      Mobil POS terminal vasitəsi ilə ödənişlərin qəbulu
•      Nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması
•      Vəsaitin həmin gün hesaba köçürülməsi
•      İnkassasiya xidmətinə ehtiyacın olmaması
•      Hesabatlılığın asanlaşması
•      Sahibkarlara fərdi kredit limitlərinin müəyyən edilməsi