20/12/2014

Hər il PAŞA Bank ABŞ-da təhsil almış Azərbaycanlı Tələbələr Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində “Ən Yaxşı Biznes Layihəsi” Müsabiqəsini təşkil edir. Bu müsabiqə Azərbaycanın əsas universitetlərindən olan tələbələrin yarışıdır. Müsabiqə çərçivəsində tələbələr universitetlərdə real biznes problemlərinin həll edilməsi üzrə əldə etdikləri biliklərini tətbiq edirlər. Yarışma gənc istedadlı insanlara öz potensiallarını nümayiş etdirmək, öz analitik qabiliyyətlərini inkişaf etdirmək, o cümlədən, praktiki bilik və bacarıqlar əldə etmək imkanı verir.