Gənc sahibkarlar üçün nəzərdə tutulmuş JA “Məktəbli Şirkətlər” layihəsinin 75 iştirakçısı May ayıının 24-ü “Məktəblinin Biznes Günü” tədbirində bir araya gəldi. Tədbir ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi və Junior Achievement Azərbaycan təşkilatının birgə səyilə həyata keçirilmişdir.
Layihə, “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” çərçivəsində keçirilir. Proqramı dəstəkləyən əsas tərəfdaşlar Statoil Abşeron, Chevron Xəzər, Bakcell Ltd. və Qaradağ Sement ASC-dir; tərəfdaş şirkətlər Paşa Bank, Saipem Azərbaycan, ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi, Nobel Oil, Baker & McKenzie, PwC Azərbaycan və Deloitte şirkətləridir. “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə strateji əməkdaşlıqda həyata keçirilir.
Tədbir zamanı iştirakçı komandalar məktəbli şirkətlərinin biznes plan və nümunəvi məhsullarını münsiflər heyətinin diqqətinə təqdim etdilər. Təqdim edilən biznes planlar münsiflər tərəfindən ideyanın mümkünlüyü və planlaşdırması, məhsulun yenilikçi xüsusiyyətləri, istifadə edilən maliyyə planı və marketinq strategiyası üzrə qiymətləndirilirdi.
Yaradıcı marketinq strategiyası nominasıyasında isə Qaradağ rayonunun 319 saylı məktəbin komandası qalib gəldi.https://www.pashabank.az/citizenship_projects,668/lang,az/