PAŞA Bank öz ənənəsinə sadiq qalaraq bu il də tələbələr arasında Esse  müsabiqəsi keçirir.  British Council ilə birlikdə keçirilən bu layihənin əsas məramı iqtisadi inkişafın, həyata keçirilən islahatlar  məsələlərini müzakirə etmək və gənclərin Azərbaycanın gələcək  inkişafında daha aktiv rol oynamağa sövq etməkdir.  
            Esselər ingilis  dilində yazılmalı və aşağıdakı üç mövzudan birini əhatə etməlidir:      
      •  "Dünyanın Gələcəyi - İqtisadi İnkişaf yoxsa İqsidadi Təhlükəsizlik" 
      ("Future of the World - Economic Development Versus Economic Security") 
      •  "Bu günün üç ən böyük dünya ( və ya qlobal) problemi" 
      ("Three Top World Challenges Today"), 
      •  "Qlobal Düşün Yerəl Hərəkət Et - Gənclərin Azərbaycan İqtisadiyyatında İştirakı" 
      ("Think Globally, Act Locally - Youth Participation in Azerbaijan Economic 
      Development". )                 
 KİM İŞTİRAK EDƏ BİLƏR?      Azərbaycan ali məktəblərinin 18-21 yaş arası tələbələri.                  
MÜKAFAT           1-ci yer: İki qalib Londonun  King's College-in Yay Məktəbində  iki aylıq təhsil (2012-ci ilin İyul Avqust aylarında).  QS (Quacquarelli Symonds ) Dünya Universitetləri Renkinqinə əsasən King's College  London dünyanın 30 ən yaxşı Universitetlərindən biridir). King's  College London Yay Məktəbi haqqında daha ətraflı məlumatı bu internet  səhifəsində  əldə edə bilərsiniz:  
http://www.kcl.ac.uk/study/summerschool/index.aspx              2-ci yer: Laptop            
3-cü yer: IPad                  
 Esseləri necə təqdim etmək lazımdır?        Esselər yalnız on-line şəkildə 30 aprel 2012-ci il tarixinədək enquiries@britishcouncil.az mail ünvanına göndərilməlidir.                 
QAYDALAR:           •  Esselər yalnız 30 aprel 2012-ci il tarixinədək qəbul ediləcək. 
      •  Hər iştirakçı təqdim edlmiş üç mövzunun yaılnız biri haqqında esse təqdim edə bilər. 
      •  İştirakçılar 18-21 yaş arasında olmalıdır. 
      •  Esselər 2000 sözdən artıq olmamalı və yalnız ingilis dilində olmalıdır. 
      •  Esselər orijinal olmalıdır.  Əvvələr haradasa dərc olunmuş  materiallar qəbul edilməyəcək.  Hər hansı bir formada plaqiat avtomatik  olaraq esse müəllifini müsabiqədə iştirak hüququndan məhrum edəcək.   Nəzərinizə çatdırırıq ki, esselər plaqiatı müəyyən edən kompüter  proqramı vasitəsilə yoxlanılacaq.  PASHA Bank və British Council qalib  gəlmiş esseləri dərc etmək və/və yaxud ictimaiyyətə açıqlamaq hüququnu  özündə saxlayır.
      •  Münsiflər Heyyətinin qərarı son qərar hesab olunacaq və hər hansı bir formada apelyasiya qəbul edilməyəcək.
      Müsabiqə haqqında daha ətraflı məlumat üçün www.britishcouncil.az  internet saytına müraciət edin və yaxud British Council Azərbaycan-ın  Proqram üzrə məsul əməkdaşı Əsmər Əliyeva ilə aşağıdakı nömrələr  vasitəsi ilə əlaqə saxlayın: telefon 4971593, 4972013, Faks: 4989236