Yanvarın 16-da Avropa liseyinin akt zalında 11 yanvar 2011-ci il tarixində baş vermiş qəza zamanı kiçik məktəb yoldaşlarının məktəbdən evakuasiyasında aktiv iştirak etmiş şagirdlərin təntənəli mükafatlandırma mərasimi keçirildi.
Tədbir zamanı "Dədə Qorqud" Milli xeyriyyəçilik fondunun prezidenti, "Azərbaycan Dünyası" beynəlxalq jurnalının təsisçisi Eldar İsmaylovun qeyd etdiyi kimi, şagirdlərin həmin hərəkətini qiymətləndirmək belə mümkün deyil.
Sosial yönümlü bir təşkilat olan "PAŞA Bank" həmin hadisəyə laqeyid qalmamış və keçirilən tədbirdə iştirak etmişdir. Kiçik yaşlı məktəb yoldaşlarının evakuasiyasına köməklik edən şagirdlər, eləcə də Avropa liseyinin müəllimləri Bank tərəfindən qiymətli hədiyyələr və xatirə suvenirləri ilə təltif edildilər. Gələcəkdə bu şagirdlərdən sosial cavabdehlik hissinə malik vətəndaşlar yetişəcək və cəmiyyətimizin inkişafı naminə dəfələrlə özlərini göstərəcəklər. Məhz bu cür insanlardan həm kiçiklər həm də böyüklər örnək almalıdırlar.
https://www.pashabank.az/citizenship_projects,317/lang,az/