Vakansiyaların sayı - 1

 

Azərbaycanın ən böyük korporativ bankı PAŞA Bank İT Satınalmalar üzrə Mütəxəssisləri komandasına dəvət edir.


Öhdəliklər:

• Təchizatçılar və İstehsalçılar ilə bütün kommersiya əlaqələri üçün tək bir əlaqə nöqtəsi olaraq İT satınalma tələbləri ilə məşğul olmaq
• Bankın siyasəti və prosedurlarına uyğun olaraq İT ilə əlaqəli RFX / tenderlər və digər təchizat proseslərini/metodlarını idarə etmək
• İT sahəsi üçün təchizatçıların qiymətləndirmə və seçim proseslərini maraqlı tərəflərlə sıx koordinasiyada idarə etmək
• Yüksək nəticələrin əldə olunması üçün səmərəli müqavilə KPI-ləri vasitəsilə İT ilə əlaqəli müqavilələri E2E idarə etmək və başa düşmək (Lisenziyalar Müqavilələri, İT Autsorsinq Müqavilələri, İT Xidmətləri Müqavilələri və s.)
• İT bazarını başa düşmək və İT təchizatçılarının münasibətlərini idarə etmək. Təchizatçıların bankın qanuni tələblərinə, uyğunluğuna və etik qaydalarına riayət etməsini təmin etmək
• Gündəlik satınalma fəaliyyətləri ilə əlaqədar daxili müştəriləri idarə etmək və onlarla məsləhətləşmək. İT spesifikasiyaların aydınlığını təmin etmək üçün daxili müştərilərlə əməkdaşlıq etmək
• Bank tərəfindən qoyulan qənaət gözləntisini icra etmək
• Satınalma siyasətinə uyğun olaraq bank daxilində satınalma fəaliyyətlərini təmin etmək
• Birbaşa rəhbər tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirmək


Tələblər:

• Ali təhsil (Hüquq, Biznesin idarə edilməsi, Logistika, Təchizat sahəsi üzrə ali təhsil üstünlük hesab olunur).
• İT satınalma sahəsində minimum 3 il iş təcrübəsi
• CIPS sertifikatının mövcudluğu üstünlükdür
• Azərbaycan, Rus və İngilis dil biliyi (həm yazılı həm şifahi)
• MS Office-in mükəmməl səviyyəsi (MS Excel və MS Power Point), E-Procurement və satınalma üçün ERP proqram biliyi;
• Son istifadəçiyə qədər olan təchizat prossesini yaxşı bilmək.
• Təşkilat üçün qənaətin əldə edilməsi məqsədilə güclü ünsiyyət bacarıqları
• İT Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından, imzalanma və icrasına qədər)
• Təchizatçı performansının idarəedilməsi və müştəri idarəedilməsində təcrübə
• Problemləri həll edə bilmə bacarığı və prossesləri davamlı olaraq təkmilləşdirməyə yönümlü olmaq
• Təcili məqamlarda dərhal reaksiya verə bilmək bacarığı
• Komandada işləmək bacarığı
• Böyük İT xidmət təminatçıları ilə çalışmaq / əməkdaşlıq etmək təcrübəsi - HP, Microsoft, Oracle, IBM və s.


Tələblərə cavab verən namizədlərdən müraciətləri recruitment@pashabank.az ünvanına email-in mövzu hissəsində “İT Satınalmalar üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda,Sizin namizədliyiniz nəzərə alınmayacaq.