Vakansiyaların sayı - 1

 

"PASHA Bank" ASC Kiçik Xəzinədar vakansiyasını elan edir.


Əhatə dairəsi

Şöbədə kassa əməliyyatların aparılması.



Əsas vəzifə öhdəlikləri

 Daxil olmuş pulların sayılması
 Baş xəzinədarın və ya digər rəhbərlərinin tapşırıqlarını yerinə yetirilməsi
 Sənədlər əsasında nağd pul vəsaitlərinin inkasatorlara verilməsi və təhvil alınması
 Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi
 ABS-də müxabirləşmələrin aparılması
 Şöbənin Kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi
 Kassa əməliyyat sənədlərinin saxlanılması,günün sonu kassa dövriyyəsı haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilməsi
 Müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bolmələrə və ya birbaşa rəhbərinə məlumat verməsi

Tələb olunan bilgi, bacarıq və təcrübə

 Təhsil: İqtisadiyyat sahəsi üzrə Bakalavr dərəcəsi.
 İş təcrübəsi:Xəzinə və ya Bank sahəsində 1 il
 Xarici dil: İngilis(orta), Rus(yaxşı)
 Kompyuter bilikləri: Word, Excel, Outlook
 Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi
 Digər: Mərkəzi bankın qaydaları, FlexCube



Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına emailin mövzu hissəsində “Kiçik Xəzinədar” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.