Vakansiyaların sayı - 1

 

"PASHA Bank" ASC Əsas Proqramlara Dəstək üzrə Mütəxəssis vakansiyasını elan edir.


Vəzifənin məqsədi

Texniki çətinlikləri aradan qaldırmaq və komandanın tapşırığı yerinə yetirməsi üçün doğru məlumatlandırılmasını və təchiz olunmasını təmin etmək.



Vəzifə Öhdəliyi

- Əsas sistemlər və kənar proqram təminatı ilə bağlı dəstək göstərmək
- Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin
etmək
- Sınaq keçirənlərə test serverlərinin quraşdırılmasında və idarə edilməsində dəstək olmaq.
- Yeni məhsulların hazırlanmasında və analiz prosesini tezləşdirmək üçün proqramçılara və analitiklərə köməklik göstərmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.




Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Kompüter elmi və ya digər müvafiq texniki sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Xarici dil: İngilis dili (yaxşı), Rus dili (yaxşı);
• Kompüter bilikləri: PL/SQL proqramlaşdırma, Flexcube və ya Temenos bank proqramları
• Digər: Komandada və çoxlu tapşırıqlarla işləyə bilmək. Yaxşı analitik bacarıqlar.
• Bank təcrübəsi




Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 01.09.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Əsas Proqramlara Dəstək üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.