Vakansiyaların sayı - 1

 

"PASHA Bank" ASC Sistem administratoru vakansiyasını elan edir.


Vəzifənin məqsədi


İT infrastrukturna aid sistemlərinin inzibatçılığını və tətbiqini həyata keçirmək, onların daim yenilənməsini təmin etmək və çıxan insidentləri aradan qaldırmaq



Vəzifə Öhdəliyi


-Məlumat Mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN) və öhdəçiliyində olan digər İT sistemlərinin etibarlı işləməsini təmin etmək
-Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək
-İT sistemlərinin işinin dayandırılması və fəaliyyəti ilə bağlı insidentləri və problemləri qeydiyyata almaq və onları həll etmək
-Məlumatların ehtiyat surətlərinin yaradılmasını idarə etmək və mütəmadi nəzarətdə saxlamaq
-Serverlərin və proqram təminatının mütəmadi olaraq yenilənməsini təmin etmək
-Müvafiq İT sistemlərinin xüsusi proqram təminatı vasitəsilə monitorinqinin aparılmasını təmin etmək
-Müvafiq İT sistemlərinin xüsusi proqram təminatı vasitəsilə monitorinqinin aparılmasını və həmin proqram təminatının etibarlı işləməsini təmin etmək
-Texniki sənədləşməni aparmaq (diagram və s.)
-Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
-Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.



Tələb edilən bilik, bacarıq və təcrübə


• Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: : N/A;
• Xarici dil: İngilis dili (yaxşı);
• Kompüter bilikləri: MS Office, AAA, DNS, PKI, şəbəkə protokolları haqqında ümumi bilik.
• Məhsul biliyi: VMware vSphere, Windows Server 2008-2016, MS Exchange, Active Directory
• Bazar biliyi: -
• Digər: Komandada və çoxlu tapşırıqlarla işləmək bacarığı. Yaxşı analitik bacarıqlar.



Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 23.08.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Sistem administratoru” yazaraq göndərmələri xahiş olunur.