Vakansiyaların sayı - 1

 

"PASHA Bank" ASC Təşkilati Risklərin İdarə Edilməsi üzrə Mütəxəssis vakansiyasını elan edir.


İŞ BARƏDƏ MƏLUMAT:


Təşkilati və Qeyri-Maliyyə Risklərinin aşkarlanması, qiymətləndirilməsi, ölçülməsi və qərarların qəbul edilməsinə cavabdehlik. Təşkilati və Qeyri-Maliyyə Riskləri çərçivəsinin təkmilləşdirilməsi üçün zəruri layihələrin aparılması və fəaliyyətlərdə iştirak..



VƏZİFƏ ÖHDƏLİKLƏRİ:


• Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanması
• Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi (1-ci müdafiə səviyyəsi ilə iş)
• Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsi
• Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsi
• Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi
• Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi
• Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdilməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması
• Dövri hesabatlığın hazırlanması




TƏLƏB OLUNANLAR:


• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Risk, audit, daxili nəzarət və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) və FRM (Maliyyə Risklərinin İdarə Edilməsi) üzrə sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office



Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 10.08.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Təşkilati Risklərin İdarə Edilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.