Vakansiyaların sayı - 1

 

"PASHA Bank" ASC Brend Kommunikasiyası üzrə Baş Mütəxəssis vakansiyasını elan edir.



İŞ BARƏDƏ MƏLUMAT:


Korporativ, Kommersiya, Kiçik və Orta Müəssisələr və Fərdi Bankçılıq seqmentləri üzrə Məhsul marketinq və kommunikasiya təşəbbüslərinin inkişaf etdirilməsi, bank adından açıqlanan bütün məzmunların yekun təsdiqinə cavabdehdir.



VƏZİFƏ ÖHDƏLİKLƏRİ:


• Yerli bazar araşdırması və təhlilinin aparılması. Biznes, brend, hədəf bazar və rəqib kontekstində markalaşdırma, marketinq və kommunikasiya strategiyasının formalaşdırılması barədə məlumatlandırmaq;
• Marketinq və reklam kampaniyaları hazırlanması və həyata keçirilməsi, Kiçik və Orta Müəssisələr üzrə bankçılıq və Fərdi bankçılıq seqmentləri ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının hazırlanması;
• Potensial müştəri cəlb etmə kampaniyalarının idarə edilməsi və təkmilləşdirilməsi, daha sonra onların səmərəliliyinin qiymətləndirilməsi; Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin, reklamların, və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin hazırlanması; Kiçik və Orta Müəssisələr üzrə bankçılıq və Fərdi bankçılıq seqmentləri üzrə marketinq tədbirlərinin idarə edilməsi və daha sonra onların səmərəliliyinin qiymətləndirilməsi; Hazırlanmış bütün marketinq fəaliyyətlərinin marka mövqeləndirmə və təlimatlara uyğun olmasını təmin etmək
• Toplanmış məlumatlar və digər iradlara cavab olaraq marketinq kampaniyaları və strategiyalarının lazımi qaydada monitorinqi və tənzimlənməsi; rəqib kampaniyaların qiymətləndirilməsi, mümkün inkişaf üçün müştərilərdən və məhsul sahiblərindən rəylər toplanılması; Bütün marketinq və satış məlumatlarına nəzarət edilməsi və onların yuxarı rəhbərliyə detallı yazılı hesabat şəklində və şifahi formada təqdim edilməsi; Bütün marketinq fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi;
• Sosial reklam kampaniyaları hazırlanması və idarə edilməsi, sosial şəbəkələrdə verilən rəylərin izlənilməsi və onların cavablandırılması;
• PAŞA Bank adından xarici auditoriyaya açıqlanan bütün məzmunların redaktə edilməsi və təsdiq olunması.



TƏLƏB OLUNANLAR:


• Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqədar sahədə bakalavr təhsili
• İş təcrübəsi: Müvafiq sahədə ən az 5 il iş təcrübəsi
• Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst)
• Kompüter bilikləri: MS Office proqramları
• Digər: Yaradıcılıq, tez uyğunlaşma və auditoriya qarşısında çıxış etmək bacarığı



Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 02.08.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Brend Kommunikasiyası üzrə Baş Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.