Vakansiyaların sayı - 1

 

"PASHA Bank" ASC IT Layihə Meneceri vakansiyasını elan edir.


İŞ BARƏDƏ MƏLUMAT:


Strateji təşəbbüs portfoliosunun səmərəli şəkildə reallaşdırılmasına cavabdehdir. Biznes proseslərin effektivliyinə, strateji hədəflərə çatmaq üçün töhfə verir.




VƏZİFƏ ÖHDƏLİKLƏRİ:


• Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks İT təşəbbüslərinin idarə edilməsi
• Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq
• Təşəbbüslərin strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onu birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi
• Təşəbbüslərin icrasının və qrup fəaliyyətinin izlənməsi və qiymətləndirilməsi
• İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalararası müzakirələrdə iştirak
• Təşəbbüslərin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatın verilməsi
• Təşəbbüs müddətində işin sahiblənilməsi: layihənin uğurla həyata keçirilməsinə başlanma vaxtından bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilmə daxildir
• Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə



TƏLƏB OLUNANLAR:


• Təhsil: Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi)
• Tələb olunan iş təcrübəsi: proqram/layihə idarə edilməsi sahəsində minimum 3 il (IT layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək)
• Biznes və ya sistem analitika təcrübəsi olanlara üstünlük veriləcək
• İnformasiya Texnologiyaları və trendləri barəsində bilik (bank İT texnologiyaları sahəsində biliklər arzuolunandır)
• Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 /Agile / Scrum / Kanban
• Xarici dillər: İngilis (səlis), Rus (səlis)
• Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira).


DİGƏR:


• JIRA, MS Project və s. Kimi Layihə İdarəetmə proqramları ilə təcrübə üstünlük təşkil edir.
• Danışıqlar aparmaq və ünsiyyət qurmaq bacarıqları
• Nəticə yönümlülük;
• Güclü analitik və təqdimat bacarıqları;
• Stresə dayanıqlı;
• Fikirlərini aydın və strukturlaşdırılmış formada ifadə etmək qabiliyyəti.




Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 25.07.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “IT Layihə Meneceri” yazaraq göndərmələri xahiş olunur.