Vakansiyaların sayı - 1

 

"PASHA Bank" ASC Proqram Keyfiyyətinin Təminatı üzrə Mütəxəssis vakansiyasını elan edir.


İŞ BARƏDƏ MƏLUMAT:


Məhsulun biznes tələblərinə uyğun çatdırılmasını və daha yaxşı müştəri əməliyyatları üçün məhsulda nöqsanların olmamasını təmin etmək.



VƏZİFƏ ÖHDƏLİKLƏRİ:


• Aşkar edilən istənilən qüsurlar ilə bağlı komandanı ətraflı məlumatla təchiz etmək, texnologiya rəhbərinin və sahibin boşluqları prioritetləşdirməsinə kömək etmək.
• Proqramçılar,DevOps, biznes işçiləri ilə çalışmaq və keyfiyyəti təmin etmək məqsədilə yerləşdirmədən sonra istehsal mühiti üçün testlərin hazırlanmasına dəstək olmaq.
• Məhsul vizyonu haqqında məlumatlı olmaq, dizayner və məhsul sahiblərinin vizyonlarını testə keçirmək üçün onlar ilə sıx çalışmaq.
• Yazılı kodların keyfiyyət standartlarına uyğun qurulmasını, optimallaşdırılmasını, müəyyən olunmuş kiçik xətaların aradan qaldırılmasını və tədbiqlərin mühafizəsini təmin etmək.
• Proqramçılara keyfiyyət standartları və onlara nail olmağın yolları, əməkdaşlığın artırılması və biliyin bölüşdürülməsi ilə bağlı məsləhət vermək.
• Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
• Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
• Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.



TƏLƏB OLUNANLAR:


• Təhsil: Riyaziyyat, İnformasiya texnologiyaları, kompüter elmi və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Proqram təminatının yaradılması, proqram təminatı, test sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat N/A;
• Xarici dil: İngilis dili (yaxşı);
• Kompüter bilikləri: Yazı dilləri üzrə bilik (Python, JavaScript, Haskell və s.) və ya Java arzuolunandır, Davamedən İnteqrasiya və Yerləşdirmə (CI/CD) üzrə təcrübəyə çox üstünlük verilir;
• Məhsul biliyi: Selenium, SonarQube, JIRA və ya tapşırığın idarəedilməsi üzrə digər vasitələrlə bağlı təcrübə, SVN və ya GIT arzuolunandır;
• Bazar biliyi: Bankçılıq üzrə bilik (arzuolunan);



Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 31.05.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “SQA Specialist” yazaraq göndərmələri xahiş olunur.