Vakansiyaların sayı - 1

 

"PASHA Bank" ASC İlkin Texniki Dəstək üzrə mütəxəssis vakansiyasını elan edir.



İŞ BARƏDƏ MƏLUMAT:


PAŞA Bankın daxili biznes tədbiqlərinə ilkin dəstəyin göstərilməsinə cavabdeh olmaq.


VƏZİFƏ ÖHDƏLİKLƏRİ:


• Əsas (bankçılıq) sistemləri və üçüncü şəxslərin tədbiqləri üçün dəstək göstərmək.
• ETA-ları azaldaraq sorğuların araşdırılması və problemlərin həlli üçün son istifadəçilərə köməklik etmək.
• Test serverlərinin yaradılması və idarə olunması üçün testerlərə köməklik etmək.
• İnkişaf və analiz prosesini tezləşdirmək üçün proqramçılara köməklik etmək.
• Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
• Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
• Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.



TƏLƏB OLUNANLAR:


• Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Komputer biliyi: Linux/Windows, SQL, PL/SQL Scripting;
• Xarici dil: İngilis dili (yaxşı), Rus dili (orta);
• Bazar biliyi: Bankçılıq (arzuolunandır);
• Məhsulların biliyi: Bankçılıq



Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 22.05.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Help Desk” yazaraq göndərmələri xahiş olunur.