Vakansiyaların sayı - 1

 

"PASHA Bank" ASC Kreditlərin Monitorinqi üzrə Mütəxəssis vakansiyasını elan edir.



VƏZİFƏ ÖHDƏLİKLƏRİ:


• Monitorinq keyfiyyətinə nail olmaq (müştəri və onun zamininin kredit tarixinin analizi və müqayisəsi, maliyyə vəziyyəti barədə məlumatın və hesabatların yığılması, bankın rəhbərliyi və digər şöbələrə çatdırılması və s.)
• Monitorinq kəmiyyətinə nail olmaq
• Müştərilərin kredit müqaviləsinin şərtlərinə əməl etmə səviyyələrinə nəzarət etmək
• Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması
• “Nəzarət siyahısı” kateqoriyalarına düşən müştərilərin analizi və izlənilməsi
• Kredit risklərinin azaldılması məqsədilə əsas makro və sənaye faktorlarının təsirini müəyyən etmək
• EXS əsasında hazırlanmış təbdirlər planının yerinə yetirilməsinə nəzarət (stabil müştəriləri müəyyən etmək, gələcək gecikmənin azaldılması)
• Risk məsələləri ilə bağlı digər komandalara dəstəyin verilməsi



TƏLƏB OLUNANLAR:


• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Maliyyənin modelləşdirilməsi, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) F3, F7 səviyyə üzrə sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul biliyi: tələb olunur.
• Bazar biliyi: tələb olunur.
• Digər: Maliyyə hesabatları barədə anlayış, Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.




Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 25.05.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Kreditlərin Monitorinqi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.