Vakansiyaların sayı - 1

 

"PASHA Bank" ASC AML və Monitorinq üzrə Mütəxəssis vakansiyasını elan edir.



İŞ BARƏDƏ MƏLUMAT:


Bankın istənilən formada çirkli pulların yuyulması prosesinə və terrorçuluğun maliyyələşdirilməsinə cəlb olunmasının qarşısının almaq üçün müvafiq tədbirlər görmək və komplayns sahəsində Bankın müvafiq qanun, qayda və normalarına riayətetməsində koordinasiyasının qurulması üzrə məsuliyyət daşıyır.


VƏZİFƏ ÖHDƏLİKLƏRİ:


• ÇPY üzrə sistem təminatlarının qarşılıqlı əlaqələrinin inkişaf etdirmək
• Komplayns sahəsində siyasət və prosedurlar üçün məzmunun (məs. ÇPY/ÖMT/TM siyasəti və prosedurları) hazırlamaq / inkişaf etdirmək
• Biznes mərkərzlərindən, MM-dən və digər departamentlərdən daxil olmuş ÇPY ilə əlaqəli sorğuların cavablandırmaq
• Bankın müştəri qəbulu və Öz-Müştərini-Tanı prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə Müştəri Eyniləşdirməsini həyata keçirmək
• Tərəfdaşların, Müxbir bankların, yüksək riskli müştərilərin (yüksək risk əsaslı yanaşma) Müştəri Eyniləşdirməsini həyata həyata keçirmək
• Konsiqnasiya, avans ödəmə və nağdsız əməliyyatlarla əlaqədar MBNP-a təqdim edilən hesabatları yoxlamaq və nəzarət etmək
• Gündəlik əsasda əməliyyatların ÇPY sistem təminatı vasitəsi ilə idarə edilməsi
• Bankda aşkarlanmış bütün şübhəli əməliyyatlara qarşı müvafiq tədbir görmək (məs. MMX-ya hesabat göndərmək, əməliyyatın icrasını dayandırmaq, və s.)
• Müxbir banklardan SWIFT vasitəsi ilə daxil olan sorğulara nəzarət etmək və cavablandırmaq
• Yeni və mövcud müxbir bankların illik ÖMT dəyərləndirilməsinin aparılmasına nəzarət etmək



TƏLƏB OLUNANLAR:


• Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr)
• Tələb olunan iş təcrübəsi: minimum 2 il
• Lisenziya / Sertifikat: -
• Xarici dillər: İngilis (işlək)
• Kompüter bilikləri: Microsoft Office




Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 24.06.2019-cu il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “AML və Monitorinq üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.