Vakansiyaların sayı - 1

 

PASHA Bank Əlaqə Mərkəzi şöbəsinə Operator vakansiyasını elan edir.


Vəzifənin məqsədi

Daxili və xarici müştərilərə telefon vasitəsiylə xidmət göstərilməsinə, potensial müştərilərə məsləhət vermək və dəstəyin təmin edilməsinə, məlumatlandırma və əməliyyat funksiyalarının yerinə yetirilməsinə, Bank məhsullarının və xidmətlərinin təklif olunmasına məsuliyyət daşıyır.



Vəzifə öhdəliyi

- Daxil olan müştəri zənglərinin idarə edilməsi (məlumatlandırma və əməliyyat funksiyaları) / Müştəri xidmətləri, tariflər, prosedurlar haqqında bütün lazımi məlumatların təmin edilməsi / Müştərilərin şikayət və istəkləri / tələbləri ilə işin görülməsi.
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi;
- Digər departamentlərə / filiallara dəstəyin göstərilməsi (gedən zənglər / sorğu / məlumatlandırma / fırıldaqçılıq əməliyyatlarının yoxlanılması);
- Təyin edilmiş fərdi ƏFG (əsas fəaliyyət göstəriciləri) və hədəflərin qarşılanması
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar


Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr dərəcəsi
• Tələb olunan iş təcrübəsi: minimum 1 il
• Lisenziya / Sertifikat
• Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul üzrə biliklər
• Bazar üzrə biliklər
• Başqa tələblər: Aydın diksiya, güclü ünsiyyət bacarığı, münaqişəni qorumağı bacarmaq, stress altında işləmək bacarığı, özünü inkişaf bacarığı.



Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 14.06.2020-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Operator” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.