PAŞA Bank əlverişli şərtlərlə kiçik və orta biznesin bütün tələblərinə cavab verən kredit məhsullarını təklif edir.
Müştərilər biznesinin inkişafı üçün əsas vəsaitlərin alınması məqsədi ilə PAŞA Bankın sadələşdirilmiş qaydada təqdim etdiyi Əsas Vəsaitlər Kreditindən faydalana bilər.
- Kreditin sadələşdirilmiş qaydada təqdim edilməsi
- Kreditin daha böyük məbləğlərdə təqdim edilməsi
- Kreditin daha uzun müddətli olması
- Kredit üzrə güzəştli müddətdən istifadə imkanı
- Kredit üzrə daha uyğun faiz dərəcələri
- Kreditin verilməsinə görə komissiyanın olmaması
- Kredit ödənişlərinin xüsusi qrafiklə həyata keçirilməsi imkanı
Məhsulun təyinatı | Kiçik və orta müəssisələr və fərdi sahibkarlar üçün əsas vəsaitlərin alınması |
Kreditin məbləği | 50.000 - 500.000 AZN/USD/EUR Regionlarda - 30.000 - 500.000 AZN/USD/EUR |
Kreditin valyutası | AZN, USD, EUR |
Kreditin müddəti | 48 ayadək |
Güzəşt müddəti | 6 ayadək |
Faiz dərəcəsi | Fərdi razılaşma əsasında |
Kreditin verilməsinə görə komissiya | Fərdi razılaşma əsasında |
Ödəniş cədvəli | Annuitet (aylıq bərabər ödənişlər) və ya xüsusi qrafik |
- Kiçik və orta istehsal müəssisələri (qida məhsullarının istehsalı, geyim istehsalı, tikinti materiallarının istehsalı və s.)
- Kiçik və orta pərakəndə və topdan satış obyektləri (geyim, qida məhsulları, elektrotexnika və digər məişət malları, avtomobil ehtiyat hissələri, dərman preparatları və s.)
- Kənd təsərrüfatı ilə məşğul olan fərdi sahibkarlar və müəssisələr (əkinçilik, maldarlıq və s.)
- Xidmət sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar və müəssisələr (iaşə obyektləri, konsaltinq, tibb, tədris və s.)
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
https://www.pashabank.az/business_loans,404/lang,az/