Çap

Bülleten

PAŞA Bank “VISA” kart sahibləri üçün 3 xidmət

PAŞA Bank “VISA” kart sahibləri üçün 3 xidmət

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, plastik kart sahiblərinə təqdim olunan imkanları genişləndirməyə davam edir.

Bu dəfə PAŞA Bank “VISA” kartı sahiblərinə 3 əlavə xidmətdən yararlanmaq imkanı təklif olunur. Bura “Mover”, “Trendyol” alış-veriş platforması və “Wolt” şirkətlərinin xidmətləri daxildir:

1. “Mover” şirkəti vasitəsi ilə çatdırılan və “VISA” kartı ilə ödənilən sifarişlərin çatdırılması pulsuzdur.
2. “Trendyol.com” platformasında “VISA” kartı ilə 600 TL və daha artıq məbləğdə alış-veriş edən müştəri 60 TL endirim qazanacaq.
3. “Wolt” şirkəti vasitəsi ilə çatdırılan 20 AZN və daha artıq məbləğli yemək sifarişlərini “VISA” kartı ilə ödəyən müştəri 20% keşbək qazanacaq.

https://www.pashabank.az/bulletin,1611/lang,az/