Çap

Bülleten

PAŞA Bankdan yeni il öncəsi hədiyyələr və endirim kampaniyası!

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, kiçik və orta biznes sahiblərini 21-30 dekabr 2020-ci il tarixlərində davam edəcək yeni il kampaniyası cərçivəsində endirim imkanları və hədiyyələrdən yararlanmağa dəvət edir.

“Möcüzələr mümkündür” adlı kampaniya sahibkarlara dəstək, eləcə də bizneslərinin inkişafında bütün sərhəd və maneələri ötən ildə qoyub, yeni ilə yeni ümid və imkanlarla başlamaları üçün nəzərdə tutulub.

Belə ki, hüquqi şəxs və fərdi sahibkarlar 21-30 dekabr tarixlərində Onlayn biznes kreditini illik 16.5% faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu kreditdən yararlanan hüquqi şəxslər azaldılmış faiz dərəcəsindən əlavə bir illik PAŞA Bank Miles&Smiles Visa Biznes Platinum kartını, fərdi sahibkarlar isə Umico balansına 100 AZN bonus qazanacaqlar.

Bundan əlavə, kampaniya çərçivəsində hesabın açılması və ölkədaxili ilk ödəniş pulsuz, mühasibat və vergi hesabatı xidmət paketinə əvvəlcədən abunəliyə 10%, Link ilə ödəniş xidmətinə 20% endirim təklif olunur. Həmçinin, PAŞA Bank müştəriləri ekvayrinq xidməti üzrə “Dəstək” tarif paketində 10%, “Yüksəl”  və “Parla” tarif paketində isə 5%, endirimdən yararlanmaq şansı əldə edirlər.

Ətraflı məlumat və kredit müraciəti üçün keçid: Landing page

https://www.pashabank.az/bulletin,1608/lang,az/